​Afrin üçün vasitəçilik etməyə hazırıq - Boqdanov

Baxış sayı:
9070

Rusiya Afrindəki vəziyyəti stabilləşdirmək üçün vasitəçilik etməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
"Biz heç kimə öz rolumuzu qəbul etdirməyə çalışmırıq, ancaq lazım gəlsə, axan qanın dayanması və ortaq yol üçün vasitəçilik etməyə hazırıq", - Boqdanov vurğulayıb.