Afrin üçün QƏRAR VERİLDİ: ƏRDOĞAN AÇIQLADI

Türkiyə prezidenti Ərdoğan Soçidən dönüş yolunda üçlü zirvəninn nəticələrin dəyərləndirib.
 
"Suriyanın ərazi bütövlüyü və siyasi birliyi barədə razılığımız var. Əsas məqsədimiz Suriya xalqının qəbul edəcəyi qalıcı və mötəbər siyasi bir həlldir" deyən prezident Ərdoğan, keçiriləcək Suriya Milli Konqresinə kimlərin dəvət ediləcəyinə üç ölkənin qərar verəcəyini vurğulayıb.
 
 AFRİNƏ İDLİB MODELİ
 
“Afrin məsələsi ilə bağlı Soçidəki görüş bizim üçün çox vacib idi. İstər Rusiya, istər İranın davranışını görməyimiz baxımından vacib idi. İndi onların münasibətlərini görəndən sonra, İdlibdəki nəzarət və müşahidə məntəqələrinin Afrində də yaradılması üçün dostlarımız işlərini davam etdirəcəklər. Bizlər qətiyyətlə yolumuza davam edəcəyik. Afrinin əsil sakinlərinin yerlərinə qayıtmağa başlaması ilə birlikdə şəhərin demoqrafik quruluşu da normallaşacaq. Afrinin əsil demoqrafik quruluşu isə 50 faizi Ərəblərdən, 30 faizi Kürdlərdən, qalanı da Türkmənlər və digər qruplardan ibarətdir. Düşərgələrdən oraya dönüşün başlaması ilə birlikdə şəhərlər əsl sahiblərinə qovuşmuş olacaq. Bu, İdlib üçün də etibarlıdır. Türkiyədə yaşayan İdliblilərin torpaqlarına qayıtmaları ilə ora da keçmiş demoqrafik quruluşuna qovuşacaq.”
Müxalifət.az