Afrin üç istiqamətdən mühasirəyə alındı: TERRORÇULAR QAÇIR

Baxış sayı:
5059

TSQ və ASO, terror təşkilatı PYD/YPG-nin əlindəki Afrinin yüksək təpələri ələ keçirəndən sonra şəhər üç qoldan mühasirəyə alınıb. Təhlükəsizlik üzrə mütəxəssis Ağar, "Şəhərin cənubu dinc əhalinin çıxışı üçün açıq buraxılıb. Terror təşkilatından xilas olanlar şəhəri tərk edir" məlumatını verib.
 
Regiondakı prosesləri yaxından izləyən təhlükəsizlik üzrə mütəxəssis Abdulla Ağar, meydançadan ona gələn mühüm bir məlumatı media ilə paylaşıb. Ağar, "Afrinin yüksəkliklərini ələ keçirən TSQ və ASO dünən şəhəri şimal, qərb və şərqdən olmaqla, üç istiqamətdən mühasirəyə alıb. Cənub, cənub-şərq hissəsi isə mülki əhalinin çıxışı üçün açıq saxlanmışdır. Gələn məlumatlar şəhərdə ciddi panikanın olduğuni təsdiq edir. Terror təşkilatından xilas olanlar şəhəri tərk edir. Təşkilat, vətəndaşları zorla saxlayaraq panika ab-havasını ortadan qaldırmağa çalışır. Hər an hər şey ola bilər" deyib.
Müxalifət.az