Afrin şəhidinin ÜRƏK DAĞLAYAN SÖZLƏRİ

Baxış sayı:
3580

Afrindəki “Zeytun Budağı” Hərəkatından sonra bölgədə davam edən mina təmizliyi zamanı baş verən partlayışda şəhid olan çavuş Taner Çobanoğlunun, “Fərat Qalxanı” əməliyyatından sonra uzun müddət Əl Babda xidmət edərkən “Bursa Həyat” qəzetində dərc edilən yazısı ortaya çıxıb.
 
Afrin şəhidi çavuş daha öncə əməliyyatı anlatmışdır:
 
BURAYA NARAHATLIQ DUYMADAN GƏLMİŞİK
 
Reportajda Suriyalı uşaqların onlara gülümsəməsini həyatı boyu unutmayacağını deyən çavuşun sözləri belədir:
“Buraya narahatlıq duymadan gəlmişik. Əsgərlərin əhval-ruhiyyələri çox yüksəkdir. Bölgəyə gəlməzdən əvvəl bir az utancaqlıq vardı. Görəsən nə edəcəyik, görəsən nə ilə qarşılaşacağıq deyə.. Ailələr də təşviş içində idi, amma bölgəyə girib, yerimizi alanda dəstək və silahlarımız artdıqca, havada təyyarələrimiz uçduqca inamımız artdı. Təhlükəsiz bir şəkildə komandalarımızla getdik, yeri gəldi şəhid verdik, yeri gəldi yaralı, amma dimdik ayaqdayıq. İŞİD deyilən qatillər sürüsünü zərərsizləşdirdik. Burada yaşanan dram, qətliama, soyqırıma səssiz qalmaq mümkün deyil, qalmadıq da. Terror ünsürləri gücümüzü, xalq isə mərhəmətimizi gördü”.


 
HANSI ƏSGƏRİN QUCAĞINA MÜHARİBƏDƏ QAÇA-QAÇA GƏLƏN UŞAQ GÖRMÜSÜNÜZ
 
“Bölgə xalqının bizə olan baxışı görülməyə dəyər. Prezidentimizə Tayyib baba deyirlər. Bir dilim çörəyi, suyu bizimlə bölüşürlər. Bizlərə yardımçı olmaq üçün bir-biriləri ilə yarışırlar. Hansı əsgərin qucağına müharibədə qaça-qaça gələn uşaq görmüsünüz? Bizlərin qucaqlarına qaça-qaça gələn, hədiyyələr verən, birlikdə oyun oynayan uşaqlar var burada. Suriyalıların bu addımı, bölgə xalqı gülər üzü ilə bizə güc verdi, ruh oldu. Boyu 40 santimetr olan Əl Bablı uşaqların Türk əsgəri ilə əl görüşməsini, salam vermələrini ömrüm boyu unutmaram”.
 
BİZ BURADA SÜLHÜ BƏRQƏRAR ETDİK
 
“Bu mənzərələr bizim gücümüzə güc qatıb. Bunun ən böyük səbəbi prezidenti Rəcəb Tayyib Ərdoğanın burada çox sevilməsi, Yaxın Şərqdə nüfuz qazanmasıdır. Türkiyənin gücünü buraya gələndə bir daha gördük. Bunu hər kəs bilsin ki, biz burada sülh bərqərar etmişik, bizim tariximizin səhifələrində zülm ifadəsini tapa bilməzsiniz".
Müxalifət.az