AFRİN NİYƏ İNDİ MÜHASİRƏYƏ ALINIR? –Türkiyə həm savaş meydanında, həm də danışıq masasında mövqeyini gücləndirir - TƏHLİL

Baxış sayı:
8746

Öcalan 2015-ci ilin mart ayı ilə 2016-cı ilin yanvar ayı arasında İmralıda birlikdə qaldığı PKK-çılara – Çetin Arkaş ilə Nasrullah Kurana Afrinlə bağlı çox önəmli bir təlimat verir. O, Afrində tekstil atelyelərinin qurulduğu haqqında xəbərlərin olduğunu bildirərək, “Bu günlər tekstil atelyeləri deyil, silah və sursat atelyeləri inşa etmə günləridir” deyir.
Bu ifadələr təşkilat tərəfindən təlimat olaraq qəbul edilir. Afrində məcburi əsgərlik praktikası başladılaraq, şəhər (vilayət – tərc.) mərkəzində və kənd yerlərində beton bloklar, xəndəklər və tunellər inşa edilir.
 “Zeytun budağı” əməliyyatı ilə bunlar yerlə bir edildi. YPG-nin müdafiə xətləri çokdürüldü, təşkilatın “müdafiə naziri” təyin etdiyi Said İsmet Gubar Afrindən qaçdı. Ancaq Afrinin mühasirəyə alınması hələ başlamadı. Prezident Ərdoğanın dediyi kimi, “Afrinə girdik, giririk”.
Afrinə çoxdan girilə bilərdi. Ancaq öncə YPG-nin logistika mərkəzləri ələ keçirilir. Buralar möhkəmləndirilir və hərbi baza bölgəsilə əlaqəsi təmin edilir. Afrinin mühasirəyə alınması möhkəmləndirmə işləri tamamlandıqdan sonra başlayacaq.
 
Mülki şəxslərin təxliyə edilməsi
 
Bu arada mülki şəxslərin təxliyə edilməsi üçün “arxa qapı diplomatiyası” davam edir. YPG-nin silahlı hücumlarına rəğmən, mülki şəxslər kütləvi konvoylar halında Afrindən ayrılmağa başlayıb. Bir müddət öncə BMT heyəti YPG-nin mülki şəxslərin Afrindən təxliyə edilməsini əngəlləmək üçün təzyiq etdiyini açıqlamışdı.
YPG mülki şəxslərlə bağlı iki mərhələli bir plan həyata keçirir. Öncə Cindərəsi başda olmaqla, qəsəbə və kənd yerlərində olan mülki əhalinin Afrin vilayət mərkəzinə (Afrin şəhəri – tərc.) toplanmasını təmin etdi. Afrin şəhərinin əhalisinin 60% artdığı söylənilir. İndi isə terror təşkilatı mülki şəxslərin şəhəri tərk etməsini əngəlləyir. Çünki şəhərə yönəlik əməliyyatda Şərqi Quta mənzərələrinin yaşanmasını istəyir. Beləliklə, dünyaya Türkiyəni sivil qətliam edən ölkə olaraq göstərəcək.
Türkiyə bu planı pozmaq üçün Afrin şəhəri üzərindəki təzyiqi artırır, güclü mühasirəyə hazırlaşır. BMT ilə aparılan müzakirələrdə sivillərin təxliyəsi üçün iki marşurut müəyyən edilib. Birincisi, Afrinin cənubunda, Hələbinsə şimalında olan rejimin nəzarətindəki bölgədir. İkincisi isə, Türkiyənin nəzarətindəki Azezdir. Hər iki nöqtədə də mülki şəxslərlə bağlı hazırlıqlar görülüb.
Burada həssas olan nöqtə Tel Rıfatdır. Rusiyanın hərbi bazasının və rejim əsgərlərinin olması səbəbilə, rusların Tel Rıfat bölgəsinə yönəlik hava əməliyyatlarına isti baxmadığı söylənir. Bu da əməliyyatları gecikdirən bir ünsür olub. Bəlkə də bu səbəbdən o bölgədən YPG-nin yardım almasının qarşısı alınamayıb, lakin hava sahəsindən istifadə edilməsilə bağlı Rusiya ilə əldə edilən razılaşma daha önəmlidir. Döyüş meydanındakı taktiki durumlar istisna olmaqla, hava sahəsinin istifadə edilməsində bir problem yoxdu.
Türkiyə döyüş meydanında hərbi uğurunu təsdiq edincə, Afrin əməliyyatının diplomatik ayağında əlimiz daha da gücləndi. İndiyə qədər meydanda qazanıb, masada itirən Türkiyə artıq həm meydanda, həm də masada qazanmağı öyrəndi.
 
Qarailan və Şahin Cilo
 
Bu arada, çox maraq cəlb edən digər məsələ PKK və YPG liderlərinin durumudur. PKK-nın iki nömrəli şəxsi Murad Qarailanın konvoyunun vurulduğu yönündəki xəbərlər Ankaradakı kəşfiyyat və təhlükəsizlik mənbələri tərəfindən təsdiq olunmur. PKK öz lider heyətini Türkiyənin intensiv hərbi əməliyyatları olan sahəyə soxmur. Cəmil Bayık və Murad Qarailanın burnunu Kandildən kənara çıxarmadığı söylənilir. Gecəni Kandilin İranın nəzarətində olan bölgəsində keçirirlərmiş.
Yenə bu arada Pentaqonun mətbuat nümayəndəsi Manning, PKK rəhbərlərindən biri olan Şahin Ciloya "general" deyərək, xitab edib. Şahin Cilo Afrindəndir. Öcalan Bekaa vadisinə gedərkən onların evində qalmışdı. İndi isə amerikalılarla əlaqəni təmin edir. Amerikalılar, Türkiyə neytrallaşdırar deyə, Şahin Cilonu Menbiçdən kənara çıxarmırlarmış.
PKK-YPG-ni qorxu dağları sardı, yaxşı, bəs müttəfiqimiz (!) Amerikaya nə olur?
Tərcümə Strateq.az-ındır