Afrin əməliyyatında GİZLİ DETAL

Baxış sayı:
1400

Türkiyə sərhədində 630 kilometrlik dəhlizi nəzarət edən terror təşkilatı PKK-ya qarşı təmizlik və silmə hərəkatı Afrin əməliyyatından sonra Münbiç və Tel Abyadla davam edəcək.
 
Mare, Çobanbəy, əl-Bab, Cerablus, Azez və Savrana Tel Abyad, Münbiç, Tel Rüfət, Eyn Dakne, Minnığ və Afrinin də əlavə olunması ilə 20 min kvadrat kilometrlik sahə terrordan təmizlənərək təhlükəsiz bölgə statusu qazanacaq. Təhlükəsizlik mənbələri, terror xəttinin təmizlənməsi məsələsində bütün planların hazır olduğunu, 2018-ci ilin aprel ayına qədər hərəkatların başa çatmasının gözləndiyini qeyd edir. Türkiyə tərəfindən təsis ediləcək təhlükəsiz bölgə, milyonlarla Suriyalının da yenidən evlərinə qayıtması anlamına gəlir. Türkiyənin Afrinlə paralel aparılacaq Münbiç hərəkatı ilə terror ünsürləri həm bu şəhərdən, həm də Tışrin Su Anbarı ərazisindən təmizlənəcək.
 
PKK, ƏRƏBLƏRİN SİLAHLARINI TOPLAYIR
 
Artan terror təhdidinə görə 2015-ci ilin fevral ayında Münbiç-Karakozaktakı türbədən Türkiyə sərhədindəki Eşmə kəndinə köçürülən Süleyman Şahın nəşi də eyni əməliyyat çərçivəsində yenidən köhnə yerinə nəql ediləcək. TSK-nın hazırlıqlarından sonra böyük təşviş keçirən terror təşkilatı PKK, TSK-nin əməliyyatları zamanı ərəb döyüşçülərin xəyanət edəcəyi qorxusu ilə silahları toplayıblar. Başda Tel Abyad və Münbiç olmaqla, bir çox rayonda Ərəbləri tərksilah edən PKK, "Silah və pikap avtomobilləriniz ikinci bir əmrə qədər hərbi məclislərdə mühafizə ediləcək" açıqlaması edib. Deyrizorun keçmiş Hərbi Məclis sədri polkovnik Feyz Əsmər, PKK-nın bölgədəki Ərəbləri tərksilah etməsini belə şərh edib: "Bu vəziyyət, prezident Ərdoğanın açıqlamasından sonra PKK-nın qorxu və təlaş içində olduğunu əks etdirir. ABŞ-ın PKK-nı legitimləşdirmə məqsədi ilə yaratdığı örtük təşkilat bununla da dağıldı. Afrindən sonra Tel Abyad və Münbiç də təmizlənməsə, hərəkat yarımçıq olar".
Müxalifət.az