Afrin əməliyyatında DÜYMƏYƏ BASILDI

Baxış sayı:
864

Türkiyə və dünyanın gündəmində olan Afrin hərəkatında kritik hədd aşılıb. Türkiyə, Rusiya rəhbərliyi ilə razılığa gəlib. Afrində müşahidəçi kimi rol alan Rus əsgərləri rayonu tərk edərək Əsəd rejiminin nəzarətindəki ərazilərə çəkilməyə başlayıb. Son Rus əsgəri ərazini tərk etdiyi an terror təşkilatı PKK-ya qarşı ən böyük hərəkat başlayacaq.
 
Afrindəki terrorçuların iki briqada ilə mühasirə ediləcəyi hərəkatda düyməyə basılıb. Türkiyə, Afrin məsələsində Rusiya ilə razılaşıb. Bölgədə müəyyən olunan terror hədəflərinə qarşı əhatəli bir hava hərəkatından sonra birliklər PKK terrorçularının məhvinə başlayacaq. Türk Silahlı Qüvvələri tərəfindən təlim edilən Azad Suriya Ordusu (ASO) döyüşçüləri dünən 20 avtobusla konvoy halında Azezə bölgəsinə gəlib. İlk mərhələdə hərəkatda istifadə ediləcək aparıcı qüvvənin 5 min ASO döyüşçüsündən ibarət olması gözlənilir. PKK işğalındakı Afrin sərhədinə çatan müxaliflərlə terrorçular arasında kiçik miqyaslı toqquşmalar başlayıb. PKK-nın top atışlarına isə sərhəd qüvvələri anında cavab verilir. Hatay vilayətinin Kırıkhan və Hassa rayonlarındakı toplar terror mövqelərini vurmağa dünən də davam edib. Bölgəyə sövq edilmiş çoxsaylı xüsusi təyinatlı qüvvələr personalı isə kəşfiyyat işlərini davam etdirir. Afrin əməliyyatının başlamasına artıq an məsələsi  kimi baxılır. Fərat Qalxanının Afrin cəbhəsində təhlükəsizliyi təmin etmək və mümkün qəzaların qarşısını almaq üçün Moskva ilə aparılan müzakirələr də müsbət nəticə verib. Bölgədəki Rus əsgərləri Afrindən çəkilməyə başlayıb.
 
ANKARA-MOSKVA XƏTTİ AÇIQDIR
 
Regiondakı mənbələrin təsdiqlədiyi məlumata görə, Kefer Cenna kəndi yaxınlığında yerləşən Rus əsgərləri bölgədən qruplar halında ayrılır. Afrinden çıxan onlarca Rus zabiti, Bəşşar Əsəd rejiminin nəzarətindəki Nubul və Zəhra mahallarına çatıb. Rusların Afrini tərk etməsinin hələ də davam etdiyi bildirilir. Ötən çərşənbə günü kritik Milli Təhlükəsizlik Şurasının toplantısından sonra Moskvaya gedən baş qərargah rəisi general Hulusi Akar ilə MİT rəhbəri Hakan Fidanın apardığı danışıqlara dair detallar da aydınlaşır. Görüşlərdə Afrinə əməliyyatın başlaması üçün quruda və havada nəzarətin tamamilə Türkiyəyə təsis edilməsi barədə razılıq əldə olunub. Dialoqun fasiləsiz davam etdirilməsi məsələsi və əməliyyat zamanı rabitə kanallarının açıq tutulması qərara alınıb. Ankara həmçinin, Əsədin mövcud sərhədləri xaricində bir müdaxilə etməməsi məsələsində də Rusiyanın dövrəyə girməsini istəyib.
 
YEGANƏ MƏQSƏD: TERRORİZMLƏ MÜBARİZƏ
 
Türkiyə Suriyadakı tərəfdaşlarına əməliyyat çərçivəsində yeganə məqsədinin özünə qarşı terrorçu təhdidinin aradan qaldırılması olduğunu və mülki əhali ilə bağlı həssaslığının ən yüksək səviyyədə saxlanılacağı təminatını verib. Hərəkat ərzində istər hərbi ataşelər, istərsə də Astana prosesindəki təminatçı ölkələrlə rabitə və koordinasiya içərisində olacağı barədə də razılığa gəlinib. Xüsusilə hava məkanının nəzarətinin təmin edilməsi məqsədilə hərəkatın komandanlıq mərkəzində Astana prosesindəki ölkələrin müşahidəçi kimi iştirak edəcəyi də müzakirə olunan məsələlər arasında yer alıb.
Müxalifət.az