Afrin əməliyyatına Rus ƏNGƏLİ

Baxış sayı:
5531

Türkiyənin terror təşkilatı PKK/YPG-ni Afrindən çıxartmaq planlarında mühüm rol oynaması gözlənilən Rusiyanın verdiyi sözdən geriyə çəkildiyi bildirilib.
 
Bölgədəki hərbi mənbələrdən alınan məlumata görə, Rusiya aylar öncə Afrindəki hərbi bazalarını azad edəcəyini bildirmişdi və danışıqlar davam edirdi. Soçidə keçirilən son üçlü zirvədə də Rusiyanın konkret olaraq addım atma sözü verdiyi qeyd olunub. Türkiyənin də bu istiqamətdə Afrin əməliyyatı üçün hazırlıqlara başladığı, 2018-ci il yanvar ayında hərəkatın həyata keçirəcəyi bildirilmişdi. Ancaq Rusiya və Əsəd rejiminin son günlərdə bu mövqeyini dəyişdirməsi yönündə meyllərin ortaya çıxdığı deyilir. Rusiya prezidenti Vladimir Putin bu gün Ankaraya edəcəyi səfərdə bu məsələnin gündəm mövzularından biri olacağı ifadə edilir.
Biz hər zman dediyimiz kimi, “Ruslara güvənmək olmaz”, amma yenə də Putinin Türkiyə səfərinin nəticələrini gözləyək. Çünki Rusiya bütün zamanlarda maraqlardan çıxış edən və hər cür bazarlıqlara açıq bir ölkədir.
Müxalifət.az