Afrin əməliyyatı üçün geri sayım: PKK/PYD QAÇMAĞA HAZIRLAŞIR

Prezident Ərdoğanın “Afrin terrordan təmizlənəcək” açıqlamasından sonra əməliyyat üçün hazırlıqlar sürətlənib, region mühasirəyə alınıb.
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İdlib əməliyyatından sonra növbənin Afrin və Menbiçə gələcəyini açıqlayıb.
Ərdoğanın Afrini işarə etməsindən sonra Türk Silahlı Qüvvələri də hazırlıqlara sürət verib.
Bölgəni mühasirəyə alan TSK, regionu terrordan təmizləmək üçün hər an hərəkətə keçə bilər.
 
PKK/PYD-nin TƏK QAÇIŞ YOLU VAR
 
Afrin əməliyyatının başlamasından sonra YPG-li terrorçuların yeganə çıxış yolu Əsəd rejiminin nəzarətində olan Hələb istiqaməti olacaq. Türk Silahlı Qüvvələri qarşısında müqavimət göstərə bilməyən terrorçular, Hələb istiqamətində bölgədən qaçacaq. Artıq bu yöndə PKK/PYD-nin hazırlaqlara başladığı deyilir. Məlumata görə, Afrindən Hələb istiqamətinə doğru bir maşının keçə biləcəyi böyüklükdə yeraltı tunellər qazılmağa başlanıb. Bu da onu göstərir ki, Afrində İŞİD sayağı müəyyən tələlər qurmaqla bərabər, PKK-PYD ünsürləri uzun müddət TSK qarşısında davam gətirə bilməyəcəklərini də anlayırlar. Ona görə də bəri başdan qaçış güzərgahlarını hazırlayırlar.
Müxalifət.az