Afrin əməliyyatı nə zaman BİTƏCƏK – ƏRDOĞAN AÇIQLADI

Baxış sayı:
3130

Türkiyə prezidenti Ərdoğan Afyon şəhər təşkilatının konfransında xalqa müraciət edib və Afrin hərəkatı mövzusunda açıqlama verib.
Ərdoğanın açıqlaması:
“Gənclər inşallah, Baş Qərargah rəisimiz Afrinə müraciət etdiyi zaman əvvəl mən gedəcəyəm, sonra siz gələcəksiniz. Nə deyirdik? Bərabər gedirik biz bu yollarda. Biz həmişə səbr etdik. Ancaq sərhədlərimizdə həddinizi bilin. Bizi Hatayda, bizi Kilis, Mardındə narahat edirsiniz ki, həddinizi bilin. İçəridəki terrorçulardan 40 il çox çəkmişik. Amma bu səbrin bir sonu var. Bıçaq sümüyə dirəndi. İçəridəki terrorçular Suriyadakı terrorçularla birləşdilər. Bir də utanmadan Kürd qardaşlarımızı istismar etdilər. Bizim mübarizəmiz terrorçulara qarşıdır. Afrində hər keçən gün qələbəyə yaxınlaşırıq. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Suriyalı qardaşlarımızın evlərinə qayıtmasını istəyirik. Tez ya da gec Afrin əməliyyatı bitəcək. Amma bununla bağlı təzvim vermirəm”.
Müxalifət.az