Afrinə əməliyyat başlayanda PKK BUNU EDƏCƏK

Baxış sayı:
7540

Suriyalı Əbu Adnan, mülki paltarlar geyərək görüntü verən PKK döyüşçülərinin Afrinə yönəlmiş əməliyyatın başlaması ilə mövqelərə PKK-nın zorla saxladığı minlərlə mülki insanları gətirəcəyini söyləyib.
 
Əbu Adnan, "Maarata kəndində təşkilatın böyük bir həbsxanası var və orada PKK-ya müxalifətdə olan 2 mindən çox insan zorla saxlanılır. Həmçinin başqa bölgələrdən də zorla gətirdikləri minlərlə mülki əhali də nəzarət altında tutulur. Afrinə müdaxilə başlayanda hamısını xəndəklərə dolduracaqlar" - deyə, bildirib.
Əbu Adnan, bazar ertəsi günü qurulan PKK barrikadalarını aşaraq cənuba doğru gedən 400 avtomobillikk mülki konvoyunun da Hələbə çatdığını deyib.
İmkan tapan hər bir insanın Afrindən ayırmaqda tərəddüd etməyəcəyini vurğulayan Afrinli mənbə, bəzi avtomobillərə PKK terrorçuları tərəfindən atəş açıldığını bildirib.
Müxalifət.az