Afrinə Konvoyu SEPAH GENERALI SÜLEYMANİ GÖNDƏRİB

Baxış sayı:
3952

PKK terror təşkilatına qalxan olmaq üçün talançı Şebbiha gücləri ilə birlikdə Afrinə girmə təşəbbüsündə olan İran dəstəkli Şiə döyüşçülərinin hədəfində Afrin deyil, 4 ildir ki, müxaliflərin nəzarətində olan Fua və Kefreya kəndləri olduğu ortaya çıxıb.
 
Əsəd nəzarətindəki Nubl zonasından Afrinə girmək istəyən dəstə, Türk pilotsuz SİHA və topçuların atəşindən sonra gəldiyi yerə geri döndü.
Müxalif Əbu Amara Briqadasının komandiri Muhanne Ceffale, "Onların əsl hədəfi Fua və Kefreya kəndləridir. Oranı ala bilmək üçün Şiələr Afrin PKK-nı istifadə edəcək. Bu planın arxasında isə İran İnqilab Mühafizəçilərinin generalı Qasım Süleymanı durur" deyib.
Konvoyun Əsəd üçün döyüşən talançı Şebbihalar və regiondakı Əl Nuceba, Liva Qüds və Liva Məhəmməd Baqir kimi Şiə terror qruplarına mənsub döyüşçülərdən ibarət olduğunu qeyd edən Ceffale, konvoya liderlik edən şəxsin isə Halep-Sifira zonasından Xalid Həsən Alluş adlı bir Şebbiha milisi olduğunu bildirib. Ceffale, İdlibdə Türkiyə Ordusuna qarşı təxribatı törədənlərin də eyni adamlar olduğunu vurğulayıb.
Müxalifət.az