Afrinə hava hərəkatı: TERRORÇULAR MƏHV EDİLDİ

Baxış sayı:
3277

Türk Silahlı Qüvvələrinin 20 yanvar 2018-ci ildə başladığı Afrin Hərəkatında 58 gündə Afrin mərkəzi ələ keçirilsə də, hərəkat tam bitməyib. Xüsusi xidmət orqanları, Afrinli əhali və TSQ-nin birgə fəaliyyəti ilə terrorçuları ortaya çıxarır. Xüsusi xidmət orqanlarının ötürdüyü informasiya ilə keçirilən hava hərəkatında 7 terrorçu zərərsizləşdirilib
 
Türk xüsusi xidmət orqanlarının apardığı işlər nəticəsində Suriyanın şimalında Afrinin şimal-şərqindəki Mətnə kəndi yaxınlığında, PYD/YPG terror təşkilatı mənsublarının olduğunu müəyyən edib.
Məlumat dərhal hərbi obyektlərlə paylaşılıb və terrorçuların yerləşdiyi yerin mövqeləri verilib. Məlumat mübadiləsindən sonra Diyarbəkirdən qalxan təyyarələr, terrorçuların yerləşdiyi bölgəni havadan vurub.
4 terrorçunun öldürüldüyü bombardmandan sonra quru qoşunları bölgədə əməliyyata başlayıb.
Xəbərə görə, əməliyyat zamanı 3 nəfərlik başqa bir terrorçu qrupla atışma olub. Nəticədə 1 terrorçu öldürülüb, 2 terrorçu yaxalanıb.
Müxalifət.az