​Afrikalı futbolçu Azərbaycanda qalmaqdan imtina etdi

Baxış sayı:
211

"Səbail" komandası futbolçusu Maudo Jarjue ilə yollarını ayırıb. 
Bu barədə  komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 
38 yaşlı mütəxəssis bildirib ki, qvineya-bisaulu müdafiəçi klubun müqaviləni yeniləmək barədə təklifinə müsbət cavab verməyib. 
Hacıyev deyib ki, Jarjue başqa bir komandaya keçəcəyini söyləyib: "Agenti ona başqa klub tapıb. "Səbail"lə müqaviləsi başa çatdığı üçün istədiyi yerə gedə bilər. Jarjueni növbəti mövsüm komandamızda görmək istəyirdik. Ona qalmağı təklif etmişdik". 
Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin iyul ayında "Səbail"ə transfer olunub. Paytaxt klubu Premyer Liqada 2018/2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb. (report)