​Afina bir daha sübut etdi ki... - TÜRKİYƏDƏN ETİRAZ

Baxış sayı:
3874

Yunanıstan çevriliş tərəfdarlarını qoruyan bir ölkə olduğunu növbəti dəfə sübuta yetirdi.
Muxalifət.az xəbər verir ki, bu sözlər 15 iyul çevrilişinə cəhddə ittiham olunan və Yunanıstana sığınan 8 nəfərdən birinin azadlığa buraxılması ilə bağlı Türkiyə XİN-in yaydığı bəyanatda əksini tapıb.
Qeyd edək ki, Yunanıstan məhkəməsi ölkədə həbsdə olan 8 FETÖ-çudan birinin azadlığa buraxılması ilə bağlı qərar qəbul etsə də, həmin şəxsin adı açıqlanmayıb. Yunanıstan həmçinin sözügedən 8 nəfərin ekstradisiyası ilə bağlı Türkiyənin müraciətini mənfi qarşılayıb.