AFFA millimizin baş məşqçisi ilə yolları ayırdı - Rəsmi

Baxış sayı:
3853

AFFA milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırmaq qərarı verib. "Yeni Sabah" xəbər verir ki, bu barədə qərar hazırda davam edən AFFA İcraiyyə Komitəsinin qəbul olub. Qapalı keçirilən yığıncaqda xorvatiyalı məşqçinin hesabatı dinlənilib və onunla başan çatan 1 illik müqavilənin uzadılmaması barədə qərar verilib. Xatırladaq ki, Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.