AFFA daha bir yığmanın baş məşqçisini istefaya göndərib

Baxış sayı:
4006

AFFA İcraiyyə Komitəsi (İK) aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib. Bu barədə "Report"a İK-nın üzvü Vafiq Sadıqov məlumat verib. O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb. Əvəzində U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb. Qeyd edək ki, AFFA İK Azərbaycanın əsas millisinin baş məşqçisi Nikola Yurçeviçi də istefaya göndərib.