AFFA bu klubu cərimələdi

Baxış sayı:
16891

AFFA İntizam Komitəsi "Səbail" klubunu 2400 manat məbləğində cərimələyib.
Muxalifet.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XVII turunda keçirilmiş "Sabah"la ev matçının klubun səhlənkarlığına görə gec başlamasıdır.
Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec start götürüb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.
Qeyd edək ki, qarşılaşma "Səbail"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.