Afaq Aslandan ŞOK İSMARIŞ: “Min oyundan çıxıb, sonra əxlaqdan danışırlar” - VİDEO

Baxış sayı:
5530

"Bakı balaca şəhərdir, hamı bir-birini gözəl tanıyır"

ARB TV-nin "Sayqa ilə" verilişinin növbəti qonağı müğənni Afaq Aslan olub.
Efirdə adını çəkmədiyi qadın müğənnidən danışan Afaq, qadınların əxlaqından söz açıb: 
"Gənc xanımları pozğun həyat tərzinə yönləndirmək nə vaxtdan əxlaqlılıq olub?"
Bu yaxınlarda Afaq Aslanın "İnstagram"da qabağına çıxan "gənc aparıcılar efirdə əxlaqsızlığı təbliğ edir" yazısı onu əməlli-başlı güldürüb. Afaq adını demədiyi qadın müğənninin yazdığı bu sözlərə fikrini efirdə bildirib:
"Bir söz var, deyir, kimdə nə yoxdur, ondan danışır. Bəzi əxlaqsız həyat tərzi yaşayan insanlar istər sənət adamı olsun, istər qeyri-sənət. Çıxırlar efirdə ona-buna, tamaşaçıya elə əxlaqdan dərs keçirlər ki, çönüb özlərinə baxmırlar ki, mən bu insana bunu örnək vermək istəyirəmsə, bu mənim özümdə varmı? Həyatda min oyundan çıxırlar. Mən həmin müğənniyə tövsiyyə etmək istəyərdim ki, əgər əxlaqsızlığı gənc aparıcılar təbliğ edirsə, sən əxlaqlı ol, çevrəndəki insanlarla təbliğat apar. De ki, ailə qurun, övlad sahibi olun".
"Gənc xanımları pozğun həyat tərzinə yönləndirmək nə vaxtdan əxlaqlılıq olub?" deyən müğənni, həyatda hər cür əxlaqsızlıq edən insanın kamera qarşısına çıxaraq insanlara əxlaqdan örnək olmasını qınayıb.
Afaq Aslan sonda həmin müğənni hamının gözəl tanıdığını və özünü məsxərəyə qoymağın faydasız olduğunu bildirib.
Videonu izləmək üçün şəklə klikləyin: