Aeroportda nazirin arvadının qızıllarını oğurladılar - QALMAQAL

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun xanımı soyulub.
 
Sözcünün məlumatına görə, Çavuşoğlu ilə birlikdə Filippində Asiya ölkələri xarici işlər nazirlərinin görüşünə qatılan  Hülya Çavuşoğlunun qızılları hava limanında oğurlanıb.
 Olay Ninoy Aquino Beynəlxalq hava limanında baş verib. Baş verən faktla bağlı 4 nəfər tutulub.
 Araşdırmalar nəticəsində qızıl-gümüş qutusunun baqaj yükləyənlərdən birinin şkafında olduğu aşkarlanıb.