Aeroport yolunda maşın yandı, 1 ölü, 1 yaralı - VİDEO/ YENİLƏNİB

 Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, keçmiş "Komsomol" dairəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindən hava limanı istiqamətindəki yolda baş verib. Nəqliyyat vasitəsi yanır.
Hazırda bu istiqamətdə tıxac müşahidə olunur.
 
13:27  ***
 Aeroport yolunda baş verən qəzanın təfərrüatları məlum olub.
primetime.az xəbər verir ki,  99 DB 556 dövlət nömrə nişanlı "QAZel" markalı maşınla 10 GK 930 dövlət nömrə nişanlı "Qaz 031" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Qaz 031" markalı avtomobil tamamilə yanıb.
 Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralınıb.
 Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Əraziyə polis, yanğınsöndürən və təcilli tibbi yardım maşınları cəlb olunub.