​Aeroport yolunda dəhşətli qəza törədən sürücü biznesmen imiş - YENİ FAKTLAR

Baxış sayı:
6829

Fevralın 27-də saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, aeroport yolu kimi tanınan magistralın köhnə Suraxanı dairəsi kimi tanınan hissəsində keçidin altında 45 yaşlı İlqar Kərimovu idarə etdiyi “Mercedes” markalı, 90 RR 906İ dövlət nömrə nişanlı avtomobillə vurub öldürən Bakı şəhər sakini Quliyev Qulu Ağasəf oğlu iş adamıdır.
Belə ki, Q.Quliyev tikinti sektorunda tanınmış biznesmenlərdən biri kimi tanınır. Hadisə isə sürət həddinin saatda 120 kilometr olduğu yolda piyada yerüstü keçiddən istifadə etməyərək metal çəpəri keçərək yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verib. Havanın alaqaranlıq vaxtı piyada qəfil olaraq maşının qarşısına çıxdığından sürücü qəzadan yayına bilməyib.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalar aparılır.