Aeroport yolunda dəhşətli qəza - ANBAAN VİDEO

Baxış sayı:
937

Bakıda baş verən qəza anı kameraya düşüb. Hadisə Aeroport yolunda, Sabunçu körpüsünün yanında baş verib. "Chevrolet" markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və sol zolağa doğru istiqamətlənib. Nəticədə öz zolağı ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin önünə çıxıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Sürücülər isə yüngül bədən xəsarətləri alıblar. Görüntüləri təqdim edirik. //Avtosfer.az