​ AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir

Baxış sayı:
2106

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) xərçəngin diaqnostikası və müalicəsi üçün Azərbaycana texniki dəstək verməkdə maraqlıdır.
 
Muxalifət.az
xəbər verir ki, bunu qurumun baş direktoru Yukiya Amano bu həftə Bakıda keçirdiyi görüşlərdə səsləndirib.
O deyib ki, rəhbərlik etdiyi Agentlik həmçinin kənd təsərrüfatı sahəsində də Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Azərbaycan Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevlə görüşən Y.Amano bildirib ki, Mərkəzdə radioterapiya sahəsində təkmilləşdirilmə işləri baş verib.
Qeyd edək ki, AEBA Azərbaycanda olan Onkologiya Mərkəzinə siklotron və pozitron emissiya tomoqrafiyası və kompüter tomoqrafiyası (PET-CT) avadanlıqları verib və radiofarmoseptika və nüvəterapiya sahəsində təlimlər keçirməyə davam edir.
Avadanlıqlar xəstəliklərin erkən aşkarlanması və idarə edilməsinə kömək edir, xəstələrin ömrünü artırır./“Report”/