ADP vətəndaşları seçkidə aktiv olmağa çağırdı – PARTİYADAN SEÇKİ AÇIQLAMASI

Baxış sayı:
6334

Azərbaycan Demokrat Partiyası ölkədəki ictimai-siyasi vəziyyəti, siyasi coğrafiyamızda baş verən təhlükəli prosesləri, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyini, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiyanın 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq seçkidə iştirak haqqında qərar qəbul etmişdir.
Azərbaycan Demokrat Partiyası ölkədə narazı elektoratı, partiya tərəfdarlarını və partiya ilə əlaqələri zəifləmiş ADP üzvlərini, seçkilərin boykot edilməsini düzgün hesab etməyən qüvvələri, eləcə də seçkidə iştirak etməyən, ancaq boykot mövqeyində olmayan siyasi partiyaları, QHT nümayəndələrini, ölkənin demokratikləşməsində, daxili sabitliyin qorunmasında, demokratik prosedurların saxlanması və inkişafında maraqlı olan bütün ictimai fəalları və ziyalıları bu seçkilərdə aktiv olmağa, ADP-nin seçki kompaniyasına fəal maddi, mənəvi və siyasi dəstək verməyə çağırır.
 
Muxalifet.az