​ADP sədrinin müavinləri ABŞ diplomatı ilə görüşdü – MÜXALİFƏTÇİLƏRİN TƏZYİQLƏRƏ MƏRUZ QALMASI MÜZAKİRƏ EDİLİB

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov və partiya sədrinin müavini Taliyyət Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyində olublar.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, səfirlikdə Siyasi İşlər Üzrə Müşavir Uilyam Solley ilə baş tutan görüş zamanı Azərbaycanda ictimai-siyasi vəziyyət və son zamanlar partiya üzvlərinə qarşı hakimiyyətin həyata keçirdiyi repressiv addımlar barədə müzakirələr aparılıb.
ADP sədr müavinləri Bakıda keçirilmiş dinc aksiyaya qatılan partiyanın rəhbər şəxslərinin müxtəlif bəhanələrlə polis idarələrinə çağırılması, orada saatlarla saxlanması, psixoloji və mənəvi təsirlərə məruz qoyulması, dövlət sektorunda çalışanların qeyri-qanuni olaraq işdən kənarlaşdırılması və s. bu kimi hərəkətlərin insan hüquqlarına dair beynəlxalq konvensiyalara və ölkə Konstitusiyasına tamamilə zidd olmasını ABŞ diplomatının diqqətinə çatdırıblar.
Görüş qarşılıqlı anlaşma şəraitində başa çatıb.       
 
Muxalifet.az