​ADP ƏLİ HƏSƏNOVA ETİRAZ ETDİ – “Bu fikir müxalifətə yox, ölkənin, xalqın mənafeyini deyil, öz şəxsi çıxarlarını önə çəkən yarıtmaz məmurlara şamil olunmalıdır”

Baxış sayı:
6991

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ölkə prezidenti İ.Əliyevin Soçidə düzənlənən “Valday” Beynəlxalq Diskusiya Klubunun üzv dövlətləri nümayəndələri qarşısında Dağlıq Qarbağın tarixi, əzəli Azərbaycan torpağı olması ilə bağlı etdiyi çıxışı müsbət dəyərləndirib. Lakin bu çıxışın Ermənistan baş naziri N.Paşiniyanın BMT Təhlükəsizlik Şuraının 74-cü sessiyasında Dağlıq Qarbağın Ermənistan torpağı olması ilə bağlı dünya dövlətləri qarşısında səsləndirdiyi bəyanatla müqayisədə daha məhdud çərçivədə olduğunu diqqətə çatdırıb və dövlət başçısının bu cür bəyanatları BMT kürsüsündən səsləndirməsinin, bu sahədə əməli addımlar atılmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin İdarə Heyəti xalqımızı və onun müxalif kəsimini Dağlıq Qarbağ probleminin həlli istiqamətində atdığı istənilən adımda dövlətimizin siyasətini müdafiə etməyə çağırıb. İdarə Heyəti SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında yaranmış insidentə bir daha münasibət bildirib və bu qurumun qeyri-qanuni olaraq saxladığı qoçu dəstələrinin qazilərimizə qarşı göstərdiyi zorakılığı qətiyyətlə pisləyib. Qeyd edilib ki, sanksiyalaşmış gücün tətbiqi qeyri -qanuni saxlanılan güclər tərəfindən deyil, dövlətin razılığı ilə hüquq mühafizə orqanları tərəfindən həyata keçirilə bilər və bunun əksi antikonstitusion mahiyyət daşıyıır. İdarə Heyəti bir daha iqtidarı bu cür zorakı üsullardan istifadə etməklə qazilərə təzyiq göstərilməsinə son qoymağa, qazilərin, bütövlükdə vətəndaşların mənzillə, yaşayış yerləri ilə təmin edilməsi üçün təcili addımlar atmağa, onların sosial problemlərinin həllində yaxından iştirak etməyə çağırıb. İdarə Heyəti Azərbaycan prezidentinin ictimai-siyasi məslələr üzrə köməkçisi Ə.Həsənovun müxalifətin hərəkətlərinin xəcalətli, utancverici olması ilə bağlı səsləndirdiyi bəyanatın iqtidar-müxalifət münasibətlərinin uzlaşdırılmasının tələb olunduğu bir şəraitdə düzgün olmayan bəyanat kimi dəyərləndirib və bu fikrin müxalifətə deyil, korrupsiya, rüşvətxorluq çirkabına bulaşmış, ölkənin, xalqın mənafeyini deyil, öz şəxsi çıxarlarını önə çəkən yarıtmaz məmurlara şamil olunmasının daha düzgün olduğunu diqqətə çatdırıb. İdarə Heyəti qondarma Dağlıq Qarabağ rejimi tərəfindən insan hüquq və azadlıqları sahəsində Avropa Şurası ilə əməkdaşlığa hazır olmaları ilə bağlı səsləndirilən bəyanata münasibət bildirib və bu qurumu bu cür məsələlərin müzakirəsində separatşı rejimlərlə deyil, Azərbaycan dövləti ilə aparılmasının beynəlxalq hüquq normalarına uyğun olduğunu bildirib. Həmçinin partiya yetkililəri iqtidarı bu cür cəhdlərin qarşısını almağa, separatçı rejimin mötəbər kürsülərə ayaq açmasınını durdurmağa, bütün diplomatik, siyasi gedişlərlə onları ifşa etməyə çağırıb. İdarə Heyəti qardaş Türkiyənin Suriya ərazisində təhlükəsizlik dəhlizi yaradılması üçün ciddi addımlar atmasını, öz silahlı qüvvələrinin müəyyən kəsiminin bu iş üçün səfərbər etməsini təqdir edib. Eyni zamanda bu proseslərdən əndişə duyan ABŞ-ın təhdidedici bəyanatlarını qətiyyətlə pisləyib və Azərbaycan iqtidarını Türkiyənin haqlı mübarizəsində onunla həmrəy olmağa çağırıb. İdarə Heyəti Azərbaycanlı bir vəkilin Rusiyada adı çəkilən dövlətin imperiya ambisiyalarına xidmət edəcək “Rusiyanın ədalətli güclərinin ittifaqı” adlı (rus dilində qısaldılmış adı SSSR) yeni bir partyiyanın yaradılmas təşəbbüsü ilə çıxış etməsini qətiyyətlə pisləyib və bu cür cəhdlərin xalqımızı və bütövlükdə sovet imperiyası caynağından xilas olan postsovet ölkələrini yenidən Rusiyanın təsir dairəsinə salmaq cəhdi, müstəqillik əldə edən xalqların yenidən rus köləliyənə qurban vermək cəhdi kimi dəyərləndirib. Muxalifet.az