ADP funksionerinə qarşı ədalətsizlik

MSK 42 saylı Sumqayıt  şəhər Seçki Dairəsinin qanunsuz qərarını qüvvədə saxladı

42 saylı Sumqayıt  şəhər Seçki Dairəsindən namizədliyini irəli sürən ADP funksioneri Xaliddin Cahangirova “yox” cavabı verilib.
Belə ki, onun DSK-ya təqdim etdiyi 493 imzadan 102-si “yararsız” hesab olunub. Belə iddia olunur ki, həmin 102 nəfər ADP funksionerinə imza vermədikləri haqda DSK-ya müraciət edib.
Halbuki, X.Cahangirov DSK-nın bu qərarını sifarişli və həqiqətə yaxın olmayan addım kim dəyərləndirir. Onun sözlərinə görə, 42 saylı Sumqayıt  şəhər Seçki Dairəsinə təqdim etdiyi 493 imzanın hər birinə cavabdehdir və bu şəxslərdən bir nəfər də olsun DSK-ya müraciət etməyib. Sadəcə olaraq DSK sifariş əsasında və belə bir qondarma ittihamla onu seçkidən kənarda saxlayıb.
Xaliddin Cahangirov Muxalifet.az-a açıqlamasında onu da deyib ki, bu gün MSK onun 42 saylı Sumqayıt  şəhər Seçki Dairəsinin qərarından şikayətinə baxıb. Nəticədə, MSK da qanunsuzluğu təkrarlayaraq, DSK-nın qərarını qüvvədə saxlayıb.
X.Cahagirov öz haqqını hüquqi müstəvidə sonadək müdafiə edəcəyini bildirir.

Muxalifet.az