​ADP fəalı Niyazi Qurban azadlığa buraxıldı

08 aprel 2017-ci il tarixində Milli Şuranın “Yalana, Talana və Monarxiyaya yox!” şüarı ilə keçirilən mitinqdə aktiv iştirak etdiyinə və həmin mitinqə insanları cəlb etdiyinə görə mitinqdən sonra təqib və təzyiqlərə məruz qalan və 09 aprel tarixində axşam saatlarında mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılan ADP-çi Niyazi Qurban azadlığa buraxılıb. Qeyd edək ki, Niyazi Qurban ADP-nin fəal üzvlərindəndir. Özünün saytımıza verdiyi məlumata görə o, 2 gün tanımadığı yerdə saxlanılaraq işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. Saxlanıldığı müddətdə ondan mitinqlərə qatılmamaq, siyasi fəaliyyətini dayandırmaq və insanlar arasında dövlət orqanlarını nüfuzuna xələl gətirən təbliğat aparmamağı tələb edilib. Niyazi Qurban bildirib ki, ona qarşı sərt və kobud ifadələr işlədilib, iki gün soyuq, pəncərələri şüşəsiz, istilik sistemi işləməyən, yataq şəraiti pis olan otaqda saxlayıblar.