ADP-dən Türkiyəyə dəstək aksiyası - FOTOLAR

ADP-Gənclər Təşkilatının üzvləri və partiyanın bir qrup fəalı qardaş ölkənin səfirliyi qarşısına gül dəstələri qoydular
Azərbaycan Demokrat Partiyasının (ADP) Gəncələr Təşkilatı, eləcə də partiyanın bir qrup fəalı 13 martda Türkiyənin paytaxtı Ankara şəhərində 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsinə etiraz nümayiş etdiriblər.
Turaninfo.az xəbər verir ki, demokratlar Türkiyə səfirliyinin qarşısına toplaşaraq, terror aktını lənətləyən şüarlar səsələndirib və qardaş ölkənin yanında olduqlarını bəyan ediblər.
Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan aksiya iştirakçıları daha sonra Ankara terrorunda ölən insanların ruhuna hörmət əlaməti olaraq səfirliyin binası önünə gül dəstələri qoyublar.
Sonda ADP İdarə Heyəti adından səfirliyin nümayəndəsinə qardaş Türkiyə xalqına və prezident Rəcəb Tayyib Ərdoğana ünvanlanmış başsağlığı məktubu təqdim edilib.