ADP-dən Rusiya əleyhinə SƏRT BƏYANAT – “Rusiya Azərbaycan ərazisini işğal siyasətini davam etdirir”

Azərbaycan Demokrat Partiysı Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli Rusiya vətəndaşları ilə bağlı Azərbaycan dövlətinə tutduğu iradlarla əlaqədar bəyanat qəbul edib. Muxalifet.az xəbər verir ki, bəyanatda deyilir:
“ADP Rusiya Xarici İşlər Nazirliyinin guya erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan dövləti tərəfindən hüquqlarının pozulması ilə bağlı verdiyi bəyanatı qətiyyətlə pisləyib və bunu suveren Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi dəyərləndirib.
Azərbaycanın erməni əsilli şəxslərlə əlaqədar apardığı siyasət Azərbaycan dövlətinin və xalqımızın təhlükəsizliyi, antiterror tədbirləri ilə bağlıdır. Belə ki, dəfələrlə Rusiya ilə bu və ya digər şəkildə əlaqəsi sübut olunmuş erməni əsilli şəxslər Azərbaycanın şəhər və kəndlərində, xüsusən Bakıda çox saylı insan tələfatı ilə nəticələnən terror hadisələri törətmişlər.
ADP belə hesab edir ki, Rusiyanın Azərbaycan dövlətinə və xalqına qarşı bu cür qərəzli və düşməncilik mövqeyindən çıxış etməsi ilk hal deyil. Rusiya açıq şəkildə müstəqil suveren siyasət aparmaq istəyən yeni müstəqil dölətlərə qarşı şantaj, zorakılıq və hədə-qorxu siyasəti həyata keçirməkdədir. Gürcüstan və Ukrayna ərazilərinin işğal və ilhaq edilməsi, əksər məhəlli münaqişələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində Rusiyanın maraqlı tərəf kimi çıxış etməsi bunu bir daha sübut edir. Rusiya Ermənistan və Azərbaycan dövlətləri arasında mövcud münaqişənin müəllifi olmaqla bu münaqişənin beynəlxalq hüquqa uyğun həll edilməsinə əsas maneə kimi çıxış edir.
ATƏT-in Minsk qrupunun həmsədri kim də Rusiya onun vasitəçilik missiyası ilə bir araya sığmayan anti Azərbaycan siyasəyti aparmaqla Ermənistan tərəfinə hərbi, maddi mənəvi siyasi, iqtisadi dəstək verməkdə davam edirir. Bu fakt bir daha sübut edir ki, əslində Rusiya vasitəçilik missiyası adı altında Azərbaycanın tarixi ərazilərinin çar Rusiyası dövründən başlayan işğal və ilhaq siyasətini yeni dövrdə davam etdirməkdədir.
ADP Azərbaycanın suveren hüquqlarının müdafiəsi istiqamətində iqtidarın atdığı hər bir addımı dəstəkləyir və ölkə ictimaiyyətini Rusiyanın anti Azərbaycan siyasətinə qarşı etiraz göstərməyə çağırır.
ADP həmçinin dünya ictimaiyyətini, xüsusən beynəlxalq təşkilatları yeni müstəqil dövlətlərə qarşı Rusiyanın beynəlxalq hüquqa zidd olan təzyiq siyasətinin qarşısının alınması üçün beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrdən istifadə etməyə çağırır”.

Muxalifet.az