ADP-DƏN NAVALNIYA DƏSTƏK – Partiya Putin hakimyyətini zorakılıqlara son qoymağa çağırdı

Baxış sayı:
856

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk növbədə Taarif Şurasının suyun qiymətinin iki dəfə bahalaşması ilə bağlı çıxardığı qərara münasibət bildirilib.
darə heyəti benzin və dizel yanacağının qiymətinin artmasından sonra su təhcizatı ilə bağlı ikiqat bahalaşmanı onsuz da ağır sosial şəraitdə yaşamağa məcbur olan əhalinin iqtisadi vəziyyətinin daha da gərginləşməsindən narahat olduğunu qeyd edib və bu qərarı kəskin şəkildə pisləyib. Su ehtiyatları ilə zəngin olan işğal olunmuş ərazilərin azad olunmasından sonra yaranacaq su bolluğu şəraitində su təhcizatının keyfiyyətinin yaxşılaşdırılması adı altında belə bir addımın atılmasının əsassız olduğuna diqqət çəkən partiya yetkililəri əhalinin sosial vəziyyətini, pandemiyanın ortaya qoyduğu problemləri, sağlamlığın qorunması, kənd təsərrüfatının stabil inkişafı kimi məsələləri nəzərə alaraq ölkə başçısını bu qərarı ləğv etməyə çağırıb.
İdarə Heyəti Dağlıq Qarabağda Rusiya ilə Türkiyə Ortaq Mərkəzin açılışı məsələsinə münasibət bildirib və qardaş Türkiyənin bu bu mərkəzin faliyyətində aktiv yer alması, üçtərəfli sazişdə nəzərdə tutulan müddəaların həyata keçirilməsi mexanizminə nəzarət etməsini yüksək dəyərləndirib və monitorinq qrupunun bundan sonrakı fəaliyyətinə dair hüquqi mexanizmlərin hazırlanmasının vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti ermənilərin Xocəvənd rayonu ərazisində faşlist Q.Njdeyə heykəl qoyulması faktından ciddi narahat olduğunu bildirib, hakimiyyəti həmin heykəlin dağıdılması üçün lazımi addımlar atmağa və həmin ərazilərdə sülhməramlı missiyanı yerinə yetirən Rusiyanın siyasi dairələrini bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
İdarə Heyəti həbsdə olan rusiyalı bloqer Navalnının çağrışı ilə Rusiyanın bir neçə şəhərində etiraz aksiyalarının başlanması, demokratik tələblərlə yürüşə çıxan aksiya iştirakçılarına qarşı polis tərəfindən zorakılıq göstərilməsi, yüzlərlə insanın həbs edilməsi məsələsinə münasibət bildirib və Rusiyanın mütərəqqi qüvvələrini etirazçıların yanında yer almağa, şidddət və zorakılq rəmzinə çevrilən Putin hakimyyətini bu zorakılıqlardan çəkindirməyə çağırıb.
İdarə Heyəti Avropa Şurasının qış sessiyasında Azərbaycanda söz, mətbuat azadlığının pozulması, iqtidarın öz opponentlərinə qarşı dözümsüzlük nümayiş etdirməsi, insan hüquq və azadlıqları ilə bağlı tələbləri yerinə yetirməməsi ilə bağlı  səslənən tənqidi fikirlərin reallığı düzgün əks etdirdiyini qeyd edib və hakimiyyəti beynəlxalq öhdəliklərdən irəli gələn demokratik tələbləri vicdanla yerinə yetirməyə çağırıb.
İdarə Heyəti bir qrup şəhid ailələrinin onların şəhid övladlarının qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı haqlı tələblərinin diqqətə alınaraq İkinci Fəxri Xiyabanda dəfn edilməsi faktını müsbət dəyərləndirib və hakimiyyəti hələ müharibə şəraitinin davam etdiyi bir vaxtda, nəinki şəhidlərimizə, həmçinin, qazilərimizə, müharibə iştirakçılarına həssaslıqla yanaşmağa, onların sosial-iqtisadi qayğılarını gündəmdə saxlamağa çağırıb.
İdarə Heyəti ABŞ-in Suriyada fəaliyyət göstərən terror təşkilatları PKK, YPG-yə 240 tır həcmində hərbi yardım göstərməsini qətiyyətlə pisləyib bu cür addımların demokratiya qoruyucusu imici qazanmış bir ölkənin nüfuzuna xələl gətirməklə yanaşı Yaxın Şərqdə münaqişə ocaqlarının qızışdırılmasına, beynəlxalq aləm üçün təhdid olan terrorun dairəsinin daha da genişlənməsinə xidmət etdiyini bildirib və milyonlarla insanın demokratiya uğrunda dinc mübarizəsinə kölgə saldığını diqqətə çatdırıb.
İdarə Heyəti işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazisi istiqamətində yük daşıyan nəqliyyat vasitələrimizin hərəkətinin sülhmərmlılar tərəfindən məhdudlaşdırılması, bu yüklərin təyinat yerinə aparılmasının yalnız Rusiyaya aid maşınlarla mümkün olduğunu diktə etməsi faktlarını qətiyyətlə pisləyib və qarşı tərəfi  qəbul edilmiş üçtərəfli sazişin tələblərinə hörmətlə yanaşmağa çağırıb.

Muxalifet.az