ADP-dən birinci vitse-prezident təyinatı ilə bağlı açıqlama - "ŞÜBHƏLİ..."

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçrilib.
Muxalifet.az xəbər verir ki, toplantıda ölkədək ictimai-siyasi vəziyyət geniş və hərtərəfli təhlil olunub. İdarə Heyəti üzvləri ilk növbədə son günlər Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr və ataşkəs rejiminin ermənilər tərəfindən pozulması məsələsini müzakirə edib. Qeyd edilib ki, son zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi planlı şəkildə pozulub. Bunun nəticəsində Ordumuzun əsgər və zabit heyətindən bir neçə itkimiz olub. Bununla bağlı ADP Azərbaycan xalqına və şəhidlərimizin ailəsinə başsağlığı verir,  Allahdan səbr diləyir.
ADP İdarə Heyəti Milli Ordunun Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində bütün səylərini təqdir edir.  Xalqımızı bu istiqamətdə Milli Ordunu bütün gücü ilə dəstəkləməyə çağırır.
O cümlədən İH hakimiyyəti erməni fitnəkarlığına qarşı ciddi tədbirlər görməyə, düşmənin bundan sonra da gözlənilən aqressiv hücumlarının qarşısını almaq üçün qüdrətli hərbi güc nümasyiş etdirməyə çağırır.
İdarə Heyəti həmçinin birinci vitse-prezidentin təyin edilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparıb. İH üzvləri bu təyinatın konstitusiyaya və qüvvədə olan qanunlara münasibətdə şübhəli olduğunu bildirib. Partiya bu addımın total böhran vəziyyətində olan Azərbaycanda yeni-yeni problemlərin meydana çıxmasına səbəb olmayacağına ümidvar olduğunu bildirib.

Muxalifet.az