ADP DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN QONDARMA “SEÇKİLƏRİ” PİSLƏDİ – Bəyanat

Baxış sayı:
2662

Bu gün Azərbaycan Demokrat Partiyası 31 mart 2020-ci il tarixində Azərbaycanın işğal altında olan torpaqlarında işğalçı Ermənistanın birbaşa dəstəyi və himayəsi ilə keçirilən qondarma “prezident” və “parlament” seçkiləri ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
Azərbaycan Demokrat Partiyası (ADP) 31 mart 2020-ci il tarixində Azərbaycanın işğal altında olan torpaqlarında işğalçı Ermənistanın birbaşa dəstəyi və himayəsi ilə qondarma “prezident” və “parlament” seçkilərinin keçirilməsini qətiyyətlə pisləyir, bu hadisəni Azərbaycan torpaqlarının işğal və ilhaq siyasətinin passiv legitimləşdirilməsi siyasətinin tərkib hissəsi kimi dəyərləndirir.
ADP Azərbaycan hakimiyyətini işğalçı Ermənistan tərəfindən həyata keçirilən bu məkrli siyasətnin durdurulması və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirməyə çağırır.
ADP belə hesab edir ki, Ermənistanın bu hərəkətləri beynəlxalq hüquq normalarının və Azərbaycanla Ermənistan arasında bağlanmış atəşkəs rejimi haqqında sazişin tələblərinin kobud şəkildə pozulmasıdır.
ADP Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həll olunması missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunu və nüfuzlu beynəlxalq təşkilatları işğalçı Ermənistan tərəfinin bu cür provakativ hərəkətlərinə ciddi mövqe və hüquqi qiymət verməyə çağırır.
Muxalifet.az