Adnan Oktarla bağlı YENİ FAKTLAR ortaya çıxdı

Baxış sayı:
10201

Adnan Oktarın gizli silahlı qrupu haqda yeni faktlar üzə çıxıb.
Məlum olub ki, dəstə üzvlərinin öz aralarındakı mesajları şifrəli sözlərdən ibarət olub. “Qızlarla birgə olmaq” əvəzinə “kataloq”, “növbə tutma” əvəzinə “maç”, “pul” yerinə isə “poğaça”, yaxud “light cola” deyirmişlər.
Hətta Adnan Oktar əvəzinə “dayı”, “yazar” və digər kəlimələrdən istifadə edilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu açıqlamanı artıq 3 ildir ki, dəstənin danışıqlarını dinləməyə alan hüquq mühafizə orqanları bildirib.
Siyahıda yer alan məxfi əvəzetmələrdə “silah” sözü də var ki, “ bilgisayar”la əvəz olunub.
Hazırda bu istiqamətdə olan araşdırmalar davam edir.