Adnan Oktarın şok görüntüləri ortaya çıxdı

Baxış sayı:
11137

 Ötən günlərdə keçirilən əməliyyatla nəzarətə alınan Adnan Oktarın Yəhudilərin dini mərasimində iştirak etdiyi görüntülər ortaya çıxıb. Hər fürsətdə İsrail və Yəhudilərə mədhiyyələr deyən Oktarın görüntülərinin ortaya çıxması bir daha Adnan Oktarın İsraillə əlaqəsini sabitləşdirdi,
 
 Fotolarda Oktarın Yəhudi din xadimləri ilə isti və səmimi görüntüləri diqqət çəkib. Müsəlmanların Yəhudilərin dini mərasimlərinə qatılmasının qadağan olduğu bilinərkən Adnan Oktarın bu dini mərasimə necə alındığı isə xeyli suallar yaradıb.


 
Masonluq sənədi veriblər
 
1999-ci ildə Adnan Oktara qarşı keçirilən əməliyyatı həyata keçirən dövrün İstanbul Mütəşəkkil Cinayətlər Şöbəsinin müdiri Adil Sərdar Saçan, "İnternetə baxdıqda da İsrailin o dini qrupları ilə əlaqələrini görəcəksiniz. Buna masonluq sənədi veriblər" demişdi.
 
İsrailin Fələstini bombalamasını müdafiə etdi
 
Yayınlarında daim İsraili tərifləməklə kifayətlənməyib, İsrailin Fələstinliləri bombalamasını belə "Onlar da İsrailə raket atmasın" - deyərək müdafiə edən Adnan Oktar, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı üçün də "İsrail Qüdsü tarixi bir şəhər olaraq mühafizə etməlidir" açıqlaması verməklə İsrailə dəstək verdiyini nümayiş etdirmişdi.
 
İsrail soyundan
 
Əməliyyatla nəzarətə alınan Adnan Oktarın daha əvvəl etdiyi bir açıqlamada "İsrail soyluyam" dediyi bildirilir.
Müxalifət.az