Adnan Oktara qız tapan şəxsdən hakimə qəribə cavablar: “Burada bir musiqi açsaq, oynasaq…”

Baxış sayı:
11287

Adnan Oktar və onun cinayətkar təşkilatına qarşı keçirilən məhkəmənin dördüncü iclasına təşkilatın 13 rəhbər üzvü arasında göstərilən Bora Yıldızın müdafiəsi ilə davam edilib. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmədə qəribə anlara və ifadələrə şahid olunub. 

Kompüterində tapılan digital sənədləri rədd edən Bora Yıldız bu sənədlərin polis tərəfindən kompüterinə qoyulmuş ola biləcəyini bildirib. O, “FETÖ-çi keçmiş maliyyə şöbə müdiri hazırda ömürlük cəza tələbi ilə ittiham olunur” deyərək, əməliyyatı gerçəkləşdirən İstanbul Maliyyə Cinayətlərlə Mübarizə İdarəsinin müdiri Furkan Sezeri də açıq-aşkar təhdid edib. 

HAKİM SƏS YAZISINDAN DANIŞDI 

Təşkilata qız gətirməkdə cavabdeh olduğunu qəbul etməyən Yıldıza məhkəmə sədri "Bir səs yazısı var. O səs yazısında Adnan Oktar haqqında danışdığı qızın nəyə oxşadığını soruşur. 'Onu sən Bora ilə bir görüşdürsənə” deyir. 17 yaşındakı bir qızdan söhbət gedir” dedi. 

Yıldız isə burda tələnin səs yazısını qeydə alan qız tərəfindən qurulduğunu deyib. Hakim ondan “Orta təhsilli, bəsit bir adam “A9 kanalında insanlara nə öyrədir” deyə sual versə, nə cavab verərsiniz?” deyə soruşub. Yıldız da sualı "Ölkəmizin cənubinda Kürdüstan dövləti qururlar. Daim eyni şeylərdən danışsanız, insanlar bezər, sıxılarlar. Burada bir mahnı açsaq, oynasaq, rahatlayarıq. Onda daha yaxşı anlayarıq hər şeyi” şəklində cavablandırıb. Bu isə onun məhkəməyə qarşı qeyri-ciddi davranışı kimi izah edilib. 

Müdafiə nitqində Oktarı tez-tez tərifləyən Yıldız onun FETÖ ilə münasibətlərini qəbul etməyib. Yıldız Adnan Oktarın FETÖ əleyhinə sözləri olduğunu, FETÖ-nun Türkcə olimpiadalarını da “Uşaqlara mahnı oxudub, oynatmağa başladılar” deyə tənqid etdiyini bildirdi. 

Məhkəmə sədri isə bu iddiaya cavabında "FETÖ-nun Türkcə olimpiadalarında uşaqlara mahnı oxudub oynatmasını tənqid etdiyiniz halda, öz kanalınızda çılpaq vəziyyətdə oynayan qadınları camaatın qarşısına çıxarmanızı necə açıqlayırsız” deyə sual verib. Yıldız isə cavabında İslamın bir çox gözəllikləri olduğunu deyib. 

Məhkəmə sədri eyni zamanda sual verib: “Təşkilata qız gətirməklə məsul olduğunuzu da qəbul etmədiniz. Bir səs yazısı var. O səs yazısında Adnan Oktar haqqında danışdığı qızın nəyə oxşadığını soruşur. “Onu sən Borayla bir görüşdürsənə” deyir. Burada söhbət 17 yaşındakı bir qızdan gedir. Bu məsələyə bir aydınlıq gətir”. 

Yıldız isə belə bir qızla tanış olmadığını, belə bir görüşün də baş tutmadığını deyib: “Bu qız cibinə səs yazan alət qoyaraq, Adnan hocaya tələ qurub”.