​Adnan Oktar tərəfdarlarına ikinci ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı

Baxış sayı:
136

Müxtəlif cinayətlərlə ittiham edilən Adnan Oktarın tərəfdarlarına qarşı növbəti əməliyyat keçirilib.
Muxalifet.az “Ahaber”ə istinadən xəbər verir ki, aralarında Adnan Oktarın qardaşı Kənan Oktarın da olduğu 33 nəfər haqqında saxlanılma qərarı verilib.
11 müxtəlif şəhər və rayonda aparılan əməliyyatlar zamanı 14 nəfər yaxalanıb. Hazırda 19 nəfərin axtarışı davam etdirilir.
Xatırladaq ki, ötən həftə A.Oktarın İstanbulun Qandilli səmtindəki villası sökülüb. 3 həftə öncə start verilən söküntü işləri nəticəsində ərazidəki 25 qanunsuz tikili dağıdılıb.
Qeyd edək ki, Harun Yəhya adı ilə tanınan təriqət lideri Adnan Oktar 11 iyulda səhər saatlarında keçirilən xüsusi əməliyyatla 235 müridi ilə birlikdə saxlanılıb.