İş adamına 400 min manat pul "atan" qadınlar HAKİM QARŞISINDA

Baxış sayı:
3635

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifət.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Elan olunmuş ittiham üzrə hər iki qadın özünü təqsirli bilmədiklərini söyləyiblər.
T.Əkbərli ifadəsində qeyd edib ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Bəhruz Nağıyevdən pulu sələmə götürüb.
B.Nağlyev isə deyib ki, pulu hər iki qadına iş qurmaq adı ilə verib.
Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.
Qeyd edək ki, hər iki qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onlar iş adamı Bəhruz Nağıyevin 400 min manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinir.
İttihama görə, T.Əkbərli ilə B.Nağıyevin yaxın tanışlığı olub. T.Əkbərli C.İsmayılova ilə əlbir olaraq, B.Nağıyevin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.
B.Nağıyevin Salyan rayonunda balıqçılıq sahəsi ilə məşğul olduğu bildirilir./lent.az/