İş adamı onu "tasa oturdan" avtoritetlərdən ŞİKAYƏT ETDİ – Bakıda

Baxış sayı:
1486

Bakı sakini ondan hədə-qorxu ilə pul alan şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.
 
Muxalifet.az xəbər verir ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Nadirov Əvəz Əli oğlu özlərini kriminal aləmdəki nüfuzlu şəxslərin nümayəndəsi kimi təqdim edən şəxslərin ondan külli miqdarda pul aldığını bildirib.
 
O, şikayət ərizəsində qeyd edib ki, bu ilin iyul, avqust və sentyabr aylarında Soltanov Vüqar Nüsrət oğlu, eləcə də Şakir, Baba, Elxan, Elvin, Azər və Hacı adlı şəxslər ona hədə-qorxu gələrək pul tələb ediblər. Onlar 3 ay ərzində Əvəz Nadirovdan 4 min dollar və 46 450 manat pul alıb.
 
Polisə şikayət edən şəxs iş adamıdır.
 
Araşdırma aparılır./publika.az