​İş adamı məhkəmə zalında HƏBS EDİLDİ – Kahinin dələduzluğu

Baxış sayı:
514

Bakıda küllü miqdarda dələduzluqda təqsirləndirilən Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Kahin Gərayev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, Bakı şəhər sakini Kahin Gərayevin “Arazavia” şirkətinə məxsus Binə ticarət mərkəzində şuba dükanları olub.
O, iş qurmaq adı ilə tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilib.