İş adamı atası olmayan 261 qızı evləndirdi - FOTO

Baxış sayı:
3490

Hindistanda adət-ənənəyə görə gəlinin atası toy üçün xeyli miqdarda pul ödəməlidir.

Ayrıca olaraq qızları evləndirmək vəzifəsi şəxsən atalara aid olur. Buna görə də atası olmayan bir çox qız evlilik xəyallarını gerçəkləşdirə bilmir.

Hindistanda xeyriyyəçi bir iş adamı bu duruma əl qoyaraq yüzlərlə atasız gənc qızı evləndirib. Bu, iş adamının ilk xeyirxah işi deyil.

O, ötən 8 il ərzində bütün xərcləri tək başına qarşılayaraq ümumilikdə 3 mindən çox atasız qızın ailə həyatı qurmasına yardımçı olub.

Qadınların Tanrıdan bir hədiyyə olduğunu dilə gətirən iş adamı Mahesh Savani 2010-cu ildən davamlı olaraq bu tədbirləri həyata keçirir.

Açıqlanan dəqiq rəqəmlərə görə, builki tədbirdə 261 gəlin evləndirilib. Evləndirilən qızlardan 6 nəfəri müsəlman, 3 nəfəri isə xristiandır. İş adamı bu tədbirlərin həyata keçirilməsi üçün hökumətdən də böyük dəstək alır.

Evləndirilən hər bir qız iş adamı tərəfindən ev əşyaları ilə təmin edilib. Əlavə olaraq hər bir qıza müəyyən məbləğdə pul da təqdim edilib. Bu böyük işi təşkil edən iş adamı belə qadınlara yardım etmək üçün sosial məsuliyyət hiss etdiyini deyir.(musavat.com)