Acundan boşandıqdan sonra Şeyma Subaşı ilk dəfə danışdı: "Onunla 18 yaşından..."

Baxış sayı:
9151

Türkiyənin ən məşhur iş adamı ilə boşandığı günü bayrama çevirən, azadlığını səyahətlərdə dostları ilə deyə-gülə qeyd edən Şeyma Subaşı həyatında başqa bir kişi olduğunu etiraf edib.

Acun Ilıcalı ilə boşandıqdan sonra gündəmdən düşməyən Şeyma “Hürriyet” qəzetinin məşhur jurnalisti Ayşe Armana müsahibə verib.

Sürətinə çatmaq mümkün deyil, Şeyma. Sonuncu dəfə danışanda Acun sənə çox aşiq idi. Belə demişdiniz. Sonra gözlənilmədən boşandınız... Nələr oldu? Bu nöqtəyə necə gəldiniz?

- Həyat dediyimiz elə budur. Dünəni və yaşadığın anı bilirsən, amma sabahı proqnozlaşdıra bilməzsən. Odur ki, mən həmişə taleyə inandım. Bir anda hər şey dəyişə bilər. Ayağım ilişər, yıxılaram, ya da başıma bir iş gələ bilər. Əsas odur ki, övladımın, ailəmin, istədiklərim və mənim canım sağlam olsun. “Acun mənə çox aşiqdir” sözü o zaman üçün keçərli idi...

Axı duyğular bu qədər sürətlə necə dəyişə bilər?

- Buna cavab verməyəcəyəm. Amma həqiqətən aşiq idi. Yalan deyildir. Amma dediyim kimi, heç kəs sabah nə olacağını bilmir.

Boşanma ərəfəsində adın başqa kişilərlə hallandı.

- Hamısı yalandır! Hamısı dostlarım idi. Mənə o qədər çox böhtan atıldı ki, hansına cavab verim?

Acunla aranızda bir protokol olduğunu və onun haqqında ətraflı danışa bilmədiyini anlayıram. Sadəcə sənin aspektini soruşacağam. Siz ayrı nöqtələrdə böyüdünüz?

- Acunla 18 yaşından görüşürdüm. Odur ki, onunla böyüdüm. Və istər-istəməz onun həyatını yaşadım, həmişə onun sevdiyi şeyləri yerinə yetirərək onları sevdiyimi və xoşbəxt olduğumu güman etdim. Bəli, mənə inanılmaz gözəl xatirələr yaşatdı, həyatıma yaxşı mənada təsir etdi. Bu gün ayaqları üzərində bu qədər güclü dayana bilən bir qadın olmağımın səbəbkarı Acundur. Ona çox şey borcluyam. Yaşadığım onlarla pis hadisəyə baxmayaraq, Acun heç bir zaman imkan vermədi ki, yıxılım. Acuna qarşı hələ böyük heyranlıq hiss edirəm və ona hər zaman minnətdaram.

O olmasaydı, sən bu səviyyəyə gəlib çata bilməzdin?

- Elə də deməyək. Bu, tale və şəxsiyyət məsələsidir. Varlı insanlarla birlikdə olan, evlənən bir çox qadın var, amma onlar özlərini mənim qədər inkişaf etdirmədilər. Mən vəziyyəti öz lehimə çevirdim. Mənim öz tərzim var. Yaradıcılığım var. Qəbul etsələr də, etməsələr də, bir perspektivim var. Bu qədər gəzdim, dünya görüşüm artdı.

Yəni sən ondan bir çox şey öyrəndin, amma eyni anda özünü inkişaf etdirdin...

- Eynən! Acundan doğru şeyləri aldım. Amma son 3-4 ildə dost qrupum dəyişdi. Xaricə daha çox getməyə başladım və daha fərqli insanları, mədəniyyətləri, musiqiləri tanıdım. Məsələn, R&B musiqisini sevmədiyimi fərq etdim

Bəs Acun R&B-ni sevir?

- Bəli, o, heyrandır. Səhv bir şey demək istəmirəm. Eyni şeylərdən də zövq alırdıq, amma mən zaman içində daha fərqli istiqamətdə böyüdüm. Və ondan ayrı məşğul olduğum işlərdə daha çox xoşbəxt olduğumu gördüm. Bunun üçün günahlandırılmaq istəmirəm. Bir ömrümüz var. Heç kəs heç kəsə zəncirlə bağlanmış vəziyyətdə deyil. Heç kimin heç kimə "Birlikdə öləcəyik!" deyə bir andı yoxdur. Təbii ki, belə olmasını istəmirdim. Nəticə etibarı ilə boşanmaq üçün ailə qurmuruq. Filmlərdəki kimi gözəl bir ailəmiz olsun istədim, amma olmadı.

Yəni sənin ona olan məhəbbətin bitdi?

- Mənim üçün məhəbbət Qızım, Allah və çəhrayı buludlardır...

Necə yəni?

- Məsələn, göydə çəhrayı buludlar gördüyüm zaman xoşbəxtlikdən uçuram... Dostlarım məni ələ salır, Acun da zarafat edərdi. Fəryad qoparıram, "Bu çəhrayı buludlara aşiqəm" deyirəm. Mən günəşə də, musiqiyə də, yoldaşlarıma da aşiqəm! Böyük aşiqəm! Anam, atam, sevdiyim insanlar, gözəl şeylərə aşiqəm. Mənim üçün sevgi budur. Məni həyəcanlandıran, bağrıma basdığım şeylər... Acun da elə idi. Məhəbbət məni mənəvi cəhətdən zənginləşdirən şeylərdir. Amma uğrunda ölməli bir şey deyil! Ölmək nədir, ya! Pardon, niyə ölək? "O olmasa, yaşaya bilmərəm, özümü öldürərəm” deyirlər. Sarsaqsan? Niyə öldürürsən?

Tam olaraq nə demək istəyirsən?

- Acun bütün diqqətini daha çox işinə və özünə yönəldən bir insandır. Mən də diqqətimi Şeyma Subaşına yönəltdim. Bəlkə çox eqoist birinə çevrildim. Acun və ya qrupu belə dəyərləndirə bilər. Halbuki eqoistlik deyil. Düşündüm ki, öz xoşbəxtliyimlə böyüsəm, xoşbəxt olsam, başqasını da xoşbəxt edə bilərəm. Odur ki, özüm üçün yaşamağa başladım. Amma elə bir an gəldi, ikimiz də ayrı şeylərdən həzz aldığımızı gördük. O öz yolu, mən öz yolumdan getməyə qərar verdim, tamamilə ayrı həyatlar yaşayırdıq. İkimiz də ayrı şeylərdən zövq alırdıq. Ortaq nöqtələr tapa bilmirdik. Sonda ikimiz də dedik ki, biz ayrılmalıyıq! Aramızdakı hörmətin və sevginin bitməsinə ehtiyac yoxdur. Acun zatən hamının heyran olduğu biridir. İşi, gücü, dostlarına olan sevgisi ilə, yardımsevərliyi ilə hər kəsin baş tacıdır. Belə olmağa da davam edəcək.

Nəticə etibarı ilə uğrunda mübarizə apardığın və illərlə birlikdə olduğun adamdan ayrıldın. Reha Muxtar kimi soruşuram, boşluq varmı?

- Boşluq? Gözəl sualdır. Həyatın dəyişdiyini bilmək istəyirsənsə, əlbəttə ki, dəyişib. Dəyişməz mi? Yalan deməyəcəm, arxamdakı o böyük bir mühafizə qalxanı aradan qalxdı.

Amma boşluğa düşmüş kimi görünmürsən, dərhal özünə bir fransız sevgili tapmısan.

- İtalyandır! Amma italyan sevgili tapdığı demək istəmirəm. 2-3 ay əvvəl tanış olduğum bir dostum idi. Bir neçə dəfə eyni mühitlərdə olmuşduq. Boşandıqdan sonra bir az daha yaxınlaşdıq. Amma hələ də bir-birimizə sevgili münasibətində deyilik. Bəli, diqqət gördüyüm və maraqlandığım bir insandır. Necə izah edim? Mənə görə narahat olur, mənimlə məşğul olur.

Bütün bunlar əvvəlki münasibətində yox idi?

- Əsla bunu demək istəmədim. Xahiş edirəm belə bir məna da çıxmasın. Acun çox diqqətcil insandır. Odur ki, elə bir şey də demək istəmirəm. Mən bu gün xoşbəxtəm. Acunun da xoşbəxt olmasını istəyirəm. Bəli, qoruyucu qalxan aradan qalxdı, amma onun xaricində heç bir şey dəyişmədi. Mən yenə eyni Şeymayam. Sadəcə, heç vaxt olmadığım qədər azadam.

Acun çox uğurlu bir iş adamıdır. Aydın məsələdir ki, çox məşğul olur. Onunla münasibətində özünü yalnız hiss edirdin?

- Xəyalımdakı evlilik bu deyildi. Hər şey o qədər sürətlə inkişaf etdi ki, çox şeyi anlamadan kitabın digər hissəsini ötürdüm. Son on ilim belə keçdi. Bu səbəbdən də gördüm ki, izdivacım həsrətini çəkdiyim, axtardığım şeylərin boşluğunu doldura bilmir. Hazırda o boşluqlar dolurmu, deyə soruşsan, cavabını bu an verə bilmərəm. Çünki çox yenidir, həyatımda çox şey dəyişmədi. Acun onsuz da çox çalışqan, həmişə işində gücündə biri idi. Mən də yeni vəziyyətə çox çətinliklə alışmadım. Yəni bədbəxt deyiləm.

Halbuki insanlar sənin yerdə sürünməyini gözləyirlər?

- Yəqin ki. Haqqımda o qədər çox danışırlar ki, çatdıra bilmirəm. Vecimə də deyil. Aldığım aliment onlara dərd oldu, nələr, nələr demədilər ki... "Bundan sonra xaricə gedə biləcəkmi? Xüsusi təyyarələrdə uça bilməyəcək. Görək nə edəcək? Görək əvvəlki kimi paltar almağa pulu çatacaqmı?” və s. bu kimi suallar... Mən materialist dünyada böyüyən biri deyiləm. Ruhumu məhəbbətlə, bölüşməklə dolduran bir insanam. Gördüyüm yeni şeyləri sınaqdan keçirməklə özümü inkişaf etdirmək üçün çalışıram. Düşməz qalxmaz bir Allahdır, mənə belə böhtan atanlar, haqqımda artıq-əskik danışanlar bilsin ki, asanlıqla sınmaram.

Yerində dayanmırsan, bu enerjini haradan almısan? Bu qədər çox gəzmək sağlamdır?

- Yox! Gəzməklə nələrdənsə qaçmaq istəyə bilərəm. Bəli, bəlkə də budur. Səyahət etməklə mənə qarşı yönələn bu nifrətdən qaçmağa çalışıram. Səyahət mənə meditasiya təsiri göstərir. Xoşbəxt oluram. Bu qədər uçmaq insanı yorar, amma mənə əksinə, daha çox enerji verir.

Yuxarıda isə mənfi rəylərə məhəl qoymadığını dedin.

- Fikir vermirəm. Ümumiyyətlə, oxumuram da. Amma bəzən gözüm sataşır, pislik fışqırır, inanılmaz iyrənc şərhlər yazırlar. Başqası mənə edilən hücumların onda biri qarışısında çoxdan yıxılmışdı, mən bir qulağımdan alıb, o biri qulağımdan buraxıram. Bununla bağlı kitab yazacağam. Çöldə mənə salam verməyən, danışmayan adamlar haqqımda mənfi rəylər yazır. Sizi onsuz da tanımıram, yormayın özünüzü. Sizi ciddi qəbul etmirəm, yoxsa çoxdan özümü öldürmüşdüm.

Səndən müsahibə aldıqdan sonra eşitmədiyim təhqir qalmadı! İndi nə olacaq?

- Qaçmağa yerin yoxdur, yenə təhqir olunacaqsan!

Amma artıq Acun yoxdur.

- Əhəmiyyəti yoxdur. Mənə, şəxsiyyətimə qıcıq olurlar. Bu qədər səyahət etməyim onları yandırır. Sahib olduğum imkanlara paxıllıq edirlər. Paylaşımlarım onlara neqativ təsir edir. Nə bilim, hər şey onları hirsləndirir. Onların nə düşündüyü məni maraqlandırmır, özümü inkişaf etdirdiyimi düşünürəm. Gəzməyə də davam edəcəyəm.

Halbuki instaqramda paylaşımlarını azalda bilərsən?

- Bəlkə də elə etməliyəm. Bu da mənim özümdə tənqid etdiyim xüsusiyyətdir, bu qədər açıq olmaq lazım deyildi. Amma gəzdiyim yerləri azaltdım. Ya da belə deyim, hər şeyi bölüşmürəm. Yavaş-yavaş daha da azaldacağam. Məncə, yaxında tam olaraq bitirərəm. Belə deyim ki, xoşbəxt olsunlar!

"Nə yaşadımsa, bölüşdüm. Bu da insanlara batdımı?" deyirsən.

- Bəli. Məgər insanlar mənim kimi həyatını aşkar yaşamır. Yaşadıqları həyatı gizlədirmiş. Mən "Bunlar əleyhimə çevrilər" deyə düşünmədim. Həyatımı bütün şəffaflığı ilə insanların gözünün önünə sərdim. Bu da çox gözə batdı. Sonra insanların sevgisini qazanması üçün səy göstərmədim. Özümü məzlum göstərmədim. Elə edənlər qazanır və daha çox sevilir. Gəlinən nöqtədə vəziyyət belədir: Mənə nifrət edirlər. Nifrətin adı da Şeyma olub! Anlamırlar ki, mən olduğum kimiyəm. Və nə yaşayıramsa, onu bölüşdüm. Yalanım, oyunum, riyakarlığım yox idi. Şənliyə gedirəmsə, onu paylaşdım. Qızımı paylaşdım. Naharımı paylaşdım. Gənc qadınam, məndən nə gözlədiklərini də anlamıram. Deyəsən, həyatda bu qədər şəffaf olmaq lazım deyil. Həyatını açıq yaşamaqla insanların sənə "Çalışmadan ərinin hesabına gəzirsən, özün heç bir iş görmürsən” demək haqqını verirsiniz. Amma ərinin hesabına yaşayan tək mən idim? Halbuki, markaların işləmək istədiyi, öz səviyyəmdə kütlələrə təsir edən simayam. Bir cəvahirat firmasının siması oldum. Öz səviyyəmdə işləyirəm, pul qazanıram, kafe işlədirəm. Çox da yaxşı gedir. İnsanlar məndən nə istəyir ki?

Bu düşmənçiliyin səbəbi Acunun pullarıdır?

- Heç bir zəhmət çəkmədən pul qazanmaq, səyahət etmək türk insanına batır. Halbuki, bunu bir çox adam edir. Nədənsə gözə batan sadəcə mənəm.

Sən heç narahatlıq duymursan?

- Dediyim kimi, özümü tənqid edirəm. “Kaş ki, onu paylaşmasaydım” dediyim məsələlər var. Hər insan xəta edər, mən də etdim. Amma çox böyük peşmançılığım yoxdur. Çünki kiminsə canını incitməyə çalışmadım. Heç kəsə pisliyim, bir səhvim olmadı. Bu qədər ağır tənqidə layiq olduğumu düşünmürəm.

Sənə daim məşuqə, məşuqə dedilər...

- Nəhayət ki, istədikləri oldu. Ayrıldıq. Hesab edirəm ki, artıq yaxamdan əl çəkməlidirlər.

Acunsuz həyatın necə gedəcək? Planların varmı?

- Kafedə işlər həqiqətən müdhiş gedir. Hələ mənim olduğum zamanlarda uçur. Türkiyənin hər yerindən gəlib ziyarət edirlər, hər kəsin istirahət guşəsi oldu. Xörəklərimiz və içkilərimiz də çox iddialıdır. Bir də ləl-cəvahirat markasıyla iş görürəm. Birinci dövr çox yaxşı getmişdi, hətta satışlar partladı. Çox yaxşı getdiyi üçün qış kolleksiyasını həyata keçirdik. Orada da çox gözəl bəzəklər var. Bu işlə fəxr edirəm. Daim yaradıcı ideyalar tapmağa çalışıram. İşləmir deyirlər, amma doğru deyil. Nə istəyirlər məndən, bir yerə maaşlı işə girməyimi? Allah xatirinə, varlı bir adamla ailə quran tək mənəm? Hər şeyi, hər kəsin gözü qarşısında yaşadım deyə hədəf oldum. Sosial şəbəkəni bağlayıb getməliyəm?

Həyat yalnız gəzib əylənməkdən ibarətdir?

- Gəzdikcə fərqli şeylər öyrənirəm. Məndən nə gözlədiklərini də anlamıram. Xaricdə də sağlam qidalanan və idman edən insanam. Gördüyüm getdiyim yerlərdən ilham almışam və burada belə bir kafe açdım. Zinət əşyalarında zövqün yaxşıdır, taxdığım hər şeyi hər kəs çox bəyənirdi. Təklif gəldi. Qəbul etdim. Başqa təklif gəlir, uyğun bir şey olsa, yenə edirəm. Sosial şəbəkəni bu günə qədər biznes məqsədi ilə istifadə etməmişəm. Bəlkə onu da edərəm.

İzləyici itirdiyin doğrudur?

- Hazırda 2.9 milyon izləyicim var. Əvvəl 3.05 milyon idi, boşanma hadisəsindən sonra çox qalxmışdı. Sonra saxta hesablar silindi, təkrar 2.9-a endim. İtirdim sayılmaz, 4-5 milyon qədər də gizli izləyicim var. Həm məni təqib etmək istəmir, həm də gizlincə baxıb hər şeyi araşdırırlar. Əcnəbi dostlarım hamısı "Biz belə bir şey görməmişik” deyirlər.

Amma paylaşımlarında məzmun o qədər də yoxdur.

- Bəli, qarşıdakı dövrdə məzmun məsələsinə bir az da əhəmiyyət verəcəyəm. Zaman-zaman içi boş şeylər paylaşdığımı özüm də hiss edirəm.

Sən nə istəyirsən bu həyatdan?

- Gözəl sualdır. Cavabını tam bilmirəm. İnsanların məni sevməsinin və baş tacı etməsinin dərdində deyiləm. Dillərdən düşməyən biri olmaq istəmirəm, belə eqolarım yoxdur. Bəlkə bir-iki il sonra izləyicim heç qalmayacaq, onlar üçün maraqlı olmayacağam, çünki artıq Türkiyənin ən məşhur adamı ilə birlikdə deyiləm.

Sən Acunsuz heçsən?

- Onlar elə hesab edirlər: "Acunla var oldun, Acunsuz sıfırsan, heçsən!" O insanlara cavabım belədir: tamam, bitdim, amma bununla qidalanmıram ki. Halbuki bir sosial media manyakı deyiləm, bəzi günlər heç nə paylaşmaq istəmirəm.

- Məsələn, “Qızın Melisayla və ya bikinili foto paylaşım, Pxuket adasına uçub insanları təəccübləndirim” deyə düşünmürsən?”

- Heç elə biri deyiləm. Əksinə Tulumda olarkən daim bikinili foto paylaşdığım üçün izləyici itirmişdim.

Buradan hansı nəticə çıxarırıq?

- Türk insanı sevmir, bədənini sərgilədiyini düşünür. Xoşlarına gəlmədi. Amma reallıq budur ki, Tulumda bikinidən savayı heç nə geyinmirik. Hotel də qumun içindədir. Bir rəfiqəmə dəstək məqsədilə markasından bikini geyinib paylaşdım. Tənqid etmişdilər. Türk insanı bikinili foto sevmir. Amma mən buyam. Bu fotolardan dolayı izləyici itirmək vecimə deyil.

Bəs bunun altında yatan səbəb nədir?

- Vücudunu niyə bu qədər nümayiş etdirirsən, deyə soruşurlar. Artıq paylaşdım. Oldu getdi. Ən əsası məni bədbəxt və məzlum görmək istəyirlər. Əlbəttə ki, daim xoşbəxt deyiləm, amma bu da əyləncəli sosial media platformasıdır. Mən də sevincli anlarımı paylaşmaq istəyirəm. odur ki, mənə nifrət edirlər. Niyə instaqramda bədbəxt olduğum anları paylaşım ki? İlhamverici nələrsə paylaşıram. Bax, keç. Bu qədər məna yükləmə... Amma yükləyirlər...

Aytən