​Acun İlıcalıdan ETİRAF: "Bunu başa düşmürəm"

TV 8 -in rəhbəri Acun İlıcalı "O səsTürkiyə" yarışmasının ötən gün yayımlanan buraxılışında etiraf edib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, İlıcalı "O ses çocuklar"ın bütün dünyada yayımlandığını, amma cəza verilən tək ölkənin Türkiyə olduğunu deyib. 
Türkiyə Televiziya Şurasının verdiyi cəzanı başa düşə bilmədiyini deyən Acun üsyan edib:
"Dünyada bir çox ölkədə - Almaniya, Hollandiyada "O ses çocuklar" çəkilir. Tənqid edilən tək ölkə bizik. Bura gözəl uşaqlar gəldilər və maraqlı günlər keçirdilər. Sonra bir cəza aldıq. 
Soruşdum ki, bu niyə oldu? Dedilər ki, həmin saatda uşaqların yatması lazımdır. Dedim ki, çəkiliş canlı deyil axı. "A xəbərimiz yox idi" cavabı verildi. 
Çox təəccübləndim. Bəzən bizim də səhvlərimiz olur. Cəza almağımız normaldır. Amma uşaq verilişi niyə cəza alsın ki? Hələ də bunu başa düşmürəm".