​Acun Adnan Oktarın müridi olub?

Baxış sayı:
2866

Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi Adnan Oktarın “kedicik”lərindən olan Tülay Qumaşçı “Acun media”nın rəhbəri Acun İlıcalı haqqında gözlənilməz açıqlamalar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə şəxsi Tvitter hesabında yazan Qumaşçı Türkiyədəki bəzi məşhur şəxslərin vaxtilə A.Oktarın müridi olduğunu söyləyib.
“Hazırda xalq tərəfindən sevilən xeyli sayda insan uzun illər Adnan Oktarın yanında yetişib. Acun İlıcalı da onlardan biridir. Acunun birinci övladı Banunun adını da Adnan Oktar qoyub”, - o qeyd edib.
Qeyd edək ki, vaxtilə Adnan Oktar da açıqlamasında Acunun onun tələbəsi olduğunu bildirmişdi.