AÇIQLAMA: ​III Dünya müharibəsi başladı: Mərkəz uzaqda deyil

Baxış sayı:
3796

ABŞ-Qərb və Rusiya-İran blokunun arasında Suriyada gedən maraqlar müharibəsinin əziyyət çəkəni Suriya xalqı və qonşu ölkə olaraq milyonlarla köçkün qəbul edən Türkiyədir.
Muxalifet.az xəbər verir ki, bunu Real TV-yə müsahibəsində millət vəkili Qənirə Paşayeva deyib.
Dəfələrlə Suriyada, onun müxtəlif bölgələrində səfərdə olan millət vəkili bildirib ki, III Dünya müharibəsi artıq başlayıb və bu dəfə mərkəzin Yaxın Şərq olduğu görünür:
“Qısa zamanda Suriya ətrafında böyük güclər danışıqlar masasında razılığa gələ bilməsə, məsələ Suriya sərhədlərindən daha geniş bölgələrə yayılacaq. ABŞ, Fransa və Britaniyanın Suriyada kimyəvi silah istifadə edilməsini əsas gətirərək, Bəşər Əsədin nəzarəti altında olan hərbi bazaları bombalaması Bəşər Əsədlə bərabər, həm də Rusiyaya verilən ciddi məsajdır. Bundan sonra Rusiya və İranın atacağı addımlar Suriyada vəziyyətin gələcəyini müəyyən edəcək”.
Millət vəkili qeyd edib ki, Suriya ilə bağlı optimist proqnoz verə bilməyəcək:
“Amma bu baş verənlərdən bütün xalqlar, o cümlədən də biz dərs götürməliyik. Böyük gücləri öz maraqlarından başqa heç bir şey maraqlandırmır. Minlərlə insanın həyatını itirməsi, evindən didərgin düşməsi onların vecinə də deyil”.