Abxaziyada baş verən partlayış zamanı 2 rusiyalı ölüb – Putinə “xoş gəldin” mesajı

Avqustun 2-də Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 2 Rusiya vətəndaşı ölüb.
 
"RİA Novosti"nin verdiyi xəbərə görə, hadisə baş verərkən 3 rusiyalı həmin ərazidə at gəzintisində olub. Daha sonra iki nəfərin - Yelena Polyakova və Yelena Timofeyevanın meyitləri aşkar edilib. Onların hər ikisi Sankt-Peterburqdandır. Digər rusiyalı - Lüdmila Dmitriyeva isə xəstəxanaya çatdırılıb.
 Qeyd edək ki, hadisə avqustun 2-də yerli vaxtla saat 16:30 radələrində Qudauta rayonunun Primorskoye yaşayış məntəqəsindəki silah anbarında baş verib. Partlayış nəticəsində 60 nəfər, o cümlədən 27 rusiyalı xəsarət alıb. Onların həyatları üçün təhlükə yoxdur.