Abşeronda avtomobil gənc oğlanı vuraraq öldürüb

Abşeron rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.
 
Hadisə Müşviqabad yolunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Abbasov İlkin Bəylər oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Nəticədə İ.Abbasov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətmiş sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.