Abşeronda avtomobil aşıb – ÖLƏN VAR

Baxış sayı:
7255

Abşeronda avtomobil çuxura düşərək aşıb, sürücü həlak olub. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba magistralının Saray qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Fiat” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır xəsarətlər alıb. O, hadisə yerindəcə dünyasını dəyişib. Hazırda sürücünün şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.