Abşeronda ağır yol qəzası: ölənlər var

Baxış sayı:
12592

Abşeron rayonunda yol qəzası baş verib. 

Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Fatmayi-Goradil avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1938-ci il təvəllüdlü Şamil Əliyev idarə etdiyi "Volvo" markalı avtomobil Mehman Quliyevin sükanı arxasında olduğu "Hyundai" markalı avtomobillə toqquşub. Nəticədə "Hyundai"ın sərnişinləri - 1994-cü il təvəllüdlü Türkanə Rüstəmova hadisə yerində, 2017-ci il təvəllüdlü Yusif Quliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.